Accessibility links

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) martın 17-də mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Komitənin və VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli bildirib ki, qanunvericiliyə görə martın 14-dək onlara cavab verilməlidir. Komitə olaraq hazırlıqları davam etdiriklərini deyən cənab Əsədli mitinq öncəsi bir sıra təbliğat-təşviqat işləri ilə gördüklərini dilə gətirib: "Sosial şəbəkələrdə mitinqə hazırlıq üçün təbliğat aparılır. Bundan əlavə, video-roliklər, müxtəlif formada şəkillər hazırlanıb, onlar sosial şəbəkələrdə yayımlanır və bu kimi digər vasitələrlə insanları mitinqlə dəvət edirik".

S.Əsədlinin sözlərinə görə, komitə gənclər arasında siyasi fəallığın artması üçün bu kimi vasitələrdən istifadə edir.

O habelə deyib ki, sosial şəbəkələrdə mitinq yeri göstərilməyib: “Biz, müraciətdə Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunu və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı göstərmişik. Aksiyada “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şuarları səsləndiriləcək". GHMK şəhərə yaxın meydanlardan birində mitinq keçirməyə hazır olduğunu bildirir.

Komitə üzvü 4 mart mitinqinə icazə verməməsi məsələsinə də toxunub. O deyib ki, o zmaan GHMK icazəsiz aksiya keçirmək istəmədi. Ancaq S.Əsədəli buna görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklərini, artıq məhkəməyə müraciət üçün sənədlər hazırlandığını söyləyib: "Bu dəfə mitinq keçirmək üçün yer ayırmasa biz, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq martın 17-si şəhərin mərkəzində “Sərbəst toplaşma azadlığı təmin edilsin” şüarı ilə yürüş keçirəcək.

Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat - VHP, Müsavat, ADP və AXCP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təmsil olunur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG