Accessibility links

Hafiz Həsənov: Təhqir olunmuş prezidentliyə namizəd məhkəməyə müraciət etməlidir (Audio-müsahibə)


Hafiz Həsənov
Hafiz Həsənov

Ekspert Milli Şuranın namizədinin efir vaxtının bərpa edilməsinin qanuna uyğun olduğunu deyir. Həsənliyə hücum edən namizəd cəzlandırılmalıdır

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə müsahibəsində sentyabrın 19-da İctimai Televiziyanın (İTV) canlı efirində baş verənləri ciddi qanun pozuntusa adlandırıb. Onun fikrincə, təhqirə məruz qalan prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına (MSK) və məhkəməyə müraciət etməlidir.

please wait

No media source currently available

0:00 0:06:05 0:00

Onun fikrincə, efirə gedən debatda Seçki Məcəlləsinin 88.1 (seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi), 88.7 (qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq qərarı kütləvi informasiya maddələrində dərc olunur) və 113.1-ci (qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi) maddələri üzrə pozuntu qeydə alınıb.

Həsənovun sözlərinə görə, qanunvericiliyə əsasən debatlar zamanı namizədlərin şərəf və ləyaqətin tapdanmasına yol verilməməli və namizəd barədə böhtan xarakterli məlumatlar irəli sürülməməlidir. O hesab edir ki, dünənki debatda bunlar baş verib.

“Namizədlərdən biri digərinə hücum xarakterli davranış göstərdi. İçi su ilə dolu butulkanı digər namizədə atıb. Bu, yolverilməz haldır. Qanunvericiliyə uyğun olaraq şərəf və ləyaqəti təhqir olunan şəxs, böhtan atılan şəxs MSK-ya müraciət etməlidir”, - ekspert bildirib.

H.Həsənov deyib ki, MSK bu hərəkəti törətmiş şəxsə xəbərdarlıq etməli və bu hərəkətlərdə cinayət tərkibi olması ehtimalı olduğundan hüquq- mühafizə orqanlarına müraciət etməlidir.

Onun sözlərinə görə, İTV bu hərəkətlər zaman efiri dayandırmalı idi. Dərhal mikrofonları söndürməli idi. Təhqir edən şəxs prosesdən çıxarılmalı idi.

“İTV hadisə ilə bağlı MSK-ya müraciət etməli idi. Bunu İTV etməyib. Seçki Məcəlləsi ilə İTV üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. İmkan verib ki, namizəd təhqirini davam etdirsin. Əvəzində təhqir olunan şəxsə efir vaxtı verilməliydi ki cavab versin”, - o bildirib.

Onun sözlərinə görə, təhqirə məruz qalmış prezidentliyə namizəd həm İTV, həm də prezidentliyə namizədin səlahiyyətli nümayəndələri ilə bağlı məhkəməyə müraciət edə bilər.

Aparıcının məsuliyyətinə gəlincə, hüquqşünas bildirib ki, MSK-nın daxilində yaradılmış mətbuat qrupu medianın seçkilərdə davranışa nəzarət edir. Mətbuat qrupu İTV ilə bağlı məsələni araşdırıb müvafiq tədbir görə bilər. Aparıcı neytral mövqedən çıxış etməyib. Belə halda verilişin aparıcılığından uzaqlaşdırılmalı idi.

Cəmil Həsənlini təhqir edən Hafiz Hacıyev onun vaxtından istifadə edib. C.Həsənlinin vaxtının bərpa edilməsi ilə bağlı tələbləri kifayət qədər əsaslı idi və eyni zamanda təmin olunmalı idi.

Cəmil Həsənli İTV-dən tələb edə bilər ki, onun vaxtına əlavə olunsun.

Pulsuz efir vaxtının bu cür formatda bölünməsi qanunsuzdur. Belə ki, hüquqşünas bu formatın əslində debat olmadığı qeyd edərək deyib ki, debatda iki əsas alternativ siyasi qüvvə qarşı-qarşıya durub öz proqramlarını əsaslandırır. Onlar arasında debat gedir. Seçici üstün platformanı müəyyən edir.

“Bu format əvvəlki seçkilərdə sınaqdan çıxmış bir formatdır. Belə formatda bir namizədin digər namizəd tərəfindən təhqir olunması üçün formalaşmış bir formatdır. Bu, qanunun nəzərdə tutduğu format deyil”, o qeyd edib.
XS
SM
MD
LG