Accessibility links

Prokurorluq hüquq müdafiəçisinin ölkədən çıxmasını qadağa qoyub


Rəsul Cəfərov

Rəsul Cəfərov

Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Cəfərovun bank hesablarına həbs qoyulub

Baş Prokurorluq hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasını qadağa qoyub

Rəsul Cəfərovun Amerikanın Səsinə verdiyi məlumata görə iyulun 28-də axşam o, qatarla Tbilisiyə yola düşüb, lakin 29-da səhər Böyük Kəsik stansiyasında sərhədçilər onu ölkədən buraxmayıblar. Məlum olub ki, qadağa iyulun 25-də qoyulub.

Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Cəfərovun bank hesablarına həbs qoyulub.

Belə ki, iyulun 6-da Cəfərov Kiyevdə öz bank kartlarından istifadə edə bilməyib.

İyulun 7-də “Respublika” bankında bunu “texniki problemlərlə” izah ediblər, amma sonradan hesablara həbs qoyulması haqqında məhkəmə qərarı olduğunu bildiriblər.

İyulun 16-da Cəfərov Səbail rayon Məhkəməsinə müraciət edərək, hesablarına həbs qoyulması haqqında qərarın ona təqdim edilməsini tələb edib. Hələlik işə baxılmayıb.

Cəfərov bu məhdudiyyətlərin səbəblərini anlamır, belə ki, o, heç bir cinayət işi üzrə nə şahid, nə də təqsirləndirilən şəxs kimi keçmir. O, hətta bir dəfə olsun prokurorluğa çağırılmayıb. Bu səbəbdən iyulun 30-da o, Baş Prokurorluğu məhkəməyə verib.

Hüquq müdafiəçisi hesab edir ki, ona qarşı sanksiyalar hakimiyyətin iyunda Strasburqda AŞPA-nın sessiyasında Azərbaycanda insan hüquqlarının pozulması haqqında məruzənin təqdimatına cavabıdır. Bundan sonra hakimiyyətyönümlü KİV-lərdə hüquq müdafiəçisinə qarşı qara piar kampaniyası başlayıb.

XS
SM
MD
LG