Accessibility links

Hikmət Hacıyev: ABŞ-ın Azərbaycanla münasibətlərinə bəyanatlar prizmasından yanaşması münasib vasitə deyil [Video-Müsahibə]


Hikmət Hacıyev: ABŞ-ın Azərbaycanla münasibətlərinə bəyanatlar prizmasından yanaşması münasib vasitə deyil
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Hikmət Hacıyev: ABŞ-ın Azərbaycanla münasibətlərinə bəyanatlar prizmasından yanaşması münasib vasitə deyil

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin indiki səviyyəsi, gələcək perspektivləri, qarşılıqlı ittihamlardan danışıb və sanksiyaların tətbiqi ilə bağlı bəyanatlara cavab verib.

Amerikanın Səsi: Azərbaycan-ABŞ münasibətlərinin 2014-cü il yekunlarını necə qiymətləndirirsiniz? Bir çox ekspertlər və aparıcı media vasitələri münasibətlərin kritik həddə çatdığını iddia edir.

2014-cü ilin yalnız birinci doqquz ayında ticarət dövriyyəsinin həcmi 800 mln. ABŞ dollarından artıq olmuşdur.

Hikmət Hacıyev: Azərbaycanın ABŞ ilə əlaqələri Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorizm və transmilli hədə və təhdidlərə qarşı mübarizəyə töhfələri, Əfqanıstan əməliyyatına maddi-texniki, tranzit və maliyyə dəstəyi ilə xarakterizə olunur.

2014-cü ilin yalnız birinci doqquz ayında ticarət dövriyyəsinin həcmi 800 mln. ABŞ dollarından artıq olmuşdur. Sentyabr ayından etibarən Azərbaycan Hava Yollarına mənsub təyyarələr Bakı-Nyu-York marşrutu üzrə birbaşa uçuşlara başlamışdır. Bu uçuşlar hava nəqliyyatını asanlaşdırmaqla yanaşı, turizm, humanitar və işgüzar sahələrdə fəallığa sirayət edəcəkdir.

ABŞ-dan alınmış bir neçə təyyarə Azərbaycanın “Silkway” hava yollarının təyyarə parkını genişləndirmiş və daha 2 təyyarə isə Azərbaycan Hava Yolları üçün istehsal edilmişdir. İlk Azərbaycan peyki də məhz ABŞ-da istehsal olunmuşdur. Bu sifarişlər ABŞ-da minlərlə yeni iş yerinin açılmasına və ya mövcud iş yerlərinin saxlanmasına xidmət edərək, özlüyündə ABŞ iqtisadiyyatına bir töhfədir.

ABŞ tərəfindən Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının qorunması üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqlarından məhrum olunmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına da diqqət göstərilməsi məqsədəuyğun olardı.

İkitərəfli əməkdaşlığa xidmət edən digər mühüm hadisə 2014-cü ilin 29-30 aprel tarixlərində Vaşinqtonda “ABŞ-Azərbaycan Forumu: Gələcəyə baxış” başlıqlı tədbirin baş tutması olmuşdur ki, toplantı çərçivəsində iki ölkənin geniş sayda rəsmi və ictimai xadimləri bir araya gələrək, qarşılıqlı münasibətlərin gələcəyini müzakirə etmişlər.

Bundan əlavə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında nizamlanması istiqamətində səylərini artıracağına və qarşıdan gələn dövrdə daha qətiyyətli addımlar atacağına ümid edirik.

ABŞ tərəfindən Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının qorunması üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqlarından məhrum olunmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına da diqqət göstərilməsi məqsədəuyğun olardı.

Amerikanın Səsi: Tərəflərin qarşılıqlı ittihamları artmaqda davam edir. ABŞ tərəfi əvvəllər də olduğu kimi Azərbaycanda insan haqlarının, əsas azadlıqların və demokratik dəyərlərin pozulması barədə bəyanatlar səsləndirir. Azərbaycan isə Amerikanı ikili standarlarda günahlandırır. Bu ziddiyyətlər nədən qaynaqlanır?

Xüsusilə ABŞ-dakı erməni lobbi təşkilatları və digər anti-Azərbaycan ünsürlərin təsir və təzyiqləri, bəzi yerli və beynəlxalq QHT-lərin yaydıqları qərəzli məlumatlar əsasında rəsmi Vaşinqton tərəfindən Azərbaycanla bağlı bəzi əsası olmayan və birtərəfli bəyanatlar verilmişdir. Bu kimi dairələrin fəaliyyəti ilk növbədə ABŞ-ın öz milli maraqlarına zərbə vurur.

Hikmət Hacıyev: 2014-cü ildə ikitərəfli münasibətlərdə müəyyən arzuedilməz hallar da müşahidə olunmuşdur. Xüsusilə ABŞ-dakı erməni lobbi təşkilatları və digər anti-Azərbaycan ünsürlərin təsir və təzyiqləri, bəzi yerli və beynəlxalq QHT-lərin yaydıqları qərəzli məlumatlar əsasında rəsmi Vaşinqton tərəfindən Azərbaycanla bağlı bəzi əsası olmayan və birtərəfli bəyanatlar verilmişdir. Bu kimi dairələrin fəaliyyəti ilk növbədə ABŞ-ın öz milli maraqlarına zərbə vurur.

Ümumiyyətlə, dialoq və açıq müzakirə kimi diplomatik mexanizmlərin olduğu halda, dövlətlərarası münasibətlərə yalnız bəyanatlar prizmasından yanaşmaq münasib vasitə deyildir.

Demokratiya və insan hüquqları ümumbəşəri dəyərdir və demokratiyanın vahid modeli də mövcud deyildir. Heç bir dövlətin bu sahədə mükəmməllikdən danışmağa və digərlərinə dərs keçməyə haqqı yoxdur.

Azərbaycanda insan hüquqları qorunması və demokratikləşmə sahəsində davamlı addımlar atılır.

Azərbaycanda insan hüquqları qorunması və demokratikləşmə sahəsində davamlı addımlar atılır. Demokratik inkişaf Azərbaycan xalqının və dövlətinin şüurlu seçimidir və aparılan islahatlar kimisə məmnun etmək üçün deyil, ilk növbədə Azərbaycan xalqının mənafeyi üçün edilir.

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, dünyəvi və mötədil dövlət olan və müasir dünya üçün aktual olan zəngin multikulturalizm ənənələrinə malik olan Azərbaycan uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelini bundan sonra da əzmlə davam etdirəcəkdir.

Amerikanın Səsi: Artıq ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı bəyanatlar səslənməkdədir. Azərbaycan sanksiyaların tətbiqini necə qarşılaya bilər?

Hazırda Ermənistanın siyasi rejimində təmsil olunan şəxslərə qarşı sanksiyalar tətbiq edilməli, ədalətin və onların çirkin əməllərinin qurbanı olmuş şəxslərin hüquqlarının təmin edilməsi üçün onlar beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar. Bu beynəlxalq hüququn tələbədir.

Hikmət Hacıyev: Konkret dairələrin, o cümlədən erməni diasporunun təsiri və diktəsi altında bəzi fərdi şəxslərin bu kimi qeyri-ciddi və əsassız xəyallarına münasibət bildirmək fikrində deyiləm.

Beynəlxalq münasibətlərdə sanksiyalar rejimi BMT nizamnaməsi ilə tənzimlənir və sanksiyalar beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə BMT nizamnaməsində nəzərdə tutulmuş müddəaların pozulması hallarına münasibətdə şamil edilir. Məsələn, BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Azərbaycana qarşı təcavüz edən və Azərbaycan ərazilərini işğal edən, işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistan ərazisində azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədən Ermənistana münasibətdə sanksiyalar tətbiq edilməlidir. Eləcə də işğal olunmuş Azərbaycan ərazilərində Xocalı soyqırımı və digər insaniyyətə qarşı cinayətlər törətmiş və hazırda Ermənistanın siyasi rejimində təmsil olunan şəxslərə qarşı sanksiyalar tətbiq edilməli, ədalətin və onların çirkin əməllərinin qurbanı olmuş şəxslərin hüquqlarının təmin edilməsi üçün onlar beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar. Bu beynəlxalq hüququn tələbədir.

Amerikanin Səsi: 2015-ci ildə Azərbaycan-ABŞ münasibətlərinin prioritetlərini nə təşkil edəcək? Baxışları yaxınlaşdırmaq, konsesusa gəlmək üçün hansı addımlar atılmalıdır?

Azərbaycan ilə ABŞ arasında turizm, humanitar əlaqələr, elm-təhsil, ticarət, informasiya və kommunikasiya texnologiyaları, kosmik sənaye, mülki aviasiya və digər bu kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanlar vardır.

Hikmət Hacıyev: Azərbaycan Respublikası müstəqil xarici siyasət yürüdərək, dünya dövlətləri ilə bərabərlik, qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli əlaqələrini qurur və inkişaf etdirir. Bu prinsiplər, eləcə də açıq və səmimi münasibətlər zəminində Azərbaycan ilə ABŞ arasında turizm, humanitar əlaqələr, elm-təhsil, ticarət, informasiya və kommunikasiya texnologiyaları, kosmik sənaye, mülki aviasiya və digər bu kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanlar vardır.

XS
SM
MD
LG