Accessibility links

Devid Kramer: ABŞ və Avropa İttifaqı dəhşətli əməllərə görə rəsmi şəxslərə sanksiyalar tətbiq etməlidir


Freedom House

Freedom House

Azərbaycanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova qarşı qəddar hücumla bağlı Freedom House bəyanat yayıb.

Sənəddə deyilir:

“İlqar Nəsibova qarşı dəhşətli fiziki zorakılıq Azərbaycanda insan hüquqları sahəsində sürətlə və radikal şəkildə pisləşən vəziyyətə son zərbədir”, deyə Freedom House rəhbəri Devid Kramer bildirib.

“Görünür, Azərbaycan hakimiyyəti həbslər, saxta ittihamlar və ya avqustun 21-də Nəsibovun məruz qaldığı kimi vəhşicəsinə döymə yolu ilə hüquq müdafiəçilərini və bütün tənqidçiləri təqib etməkdə qətiyyətlidir.

Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqəti başqa bölgələr üzərində cəmləşmişkən hökumətin tənqidlərə məhəl qoymamasının ciddi nəticələrə gətirib çıxarmayacağını düşünürsə, çox yanılır. O və hökuməti yaratdıqları təhlükəli və ədavətli mühitə görə məsuliyyət daşımalıdır”, deyə Kramer qeyd edib.

“ABŞ və Avropa İttifaqı bu dəhşətli əməllərə görə məsuliyyət daşıyan və onları həyata keçirən rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir”, deyə Kramer vurğulayıb.

Öz növbəsində rəsmi Bakı baş verənlərə rəsmi münasibət bildirməyib.

XS
SM
MD
LG