Accessibility links

Şimali Koreya həbsdə saxladığı amerikalını azadlığa buraxıb


Sabiq prezident Cimmi Karterin missiyası uğurla başa çatıb

ABŞ-ın sabiq prezidenti Cimmi Karter yanvar ayından Şimali Koreyada həbsdə saxlanılan Amerika vətəndaşının azad edilməsinə nail olub. Videoyazı göstərir ki, cənab Karter və Ayalon Mahli Qomes Pxenyan hava limanından ABŞ-a yola düşüb. Nobel Sülh mükafatı laureatı Şimali Koreyaya iki gün öncə getmişdi. Dövlət Departamenti səfərin mahiyyətini özəl missiya kimi təsvir etmişdi. Departamentin bu gün açıqladığı bəyanatda Qomesin azad edilməsindəki müstəsna roluna görə cənab Karterə təşəkkür bildirilir. Qeyd edək ki, Qomes Çindən Şimali Koreyaya daxil olmağa çalışan zaman həbs edilmişdi. O, 8 illik islahedici məcburi əməyə və sərhədi qanunsuz keçdiyinə görə 700 000 dollarlıq cərimə ödəməyə məhkum olunmuşdu.

XS
SM
MD
LG