Accessibility links

Şimali koreyalılar mərhum liderlə vidalaşırlar


Şimali koreyalılar mərhum liderlə vidalaşırlar
Şimali koreyalılar mərhum liderlə vidalaşırlar

Şimali Koreyada vətəndaşlar Kim Conq İlin Pxenyanda qoyulmuş cənazəsini ziyarət edir, mərhum liderlə vidalaşırlar.

Şimali Koreya dövlət televiziyası Kim Conq İlin gənc oğlu və ehtimal olunan varisi Kim Conq Unun başqa hökumət rəsmiləri ilə birgə atası ilə vidalaşdığını göstərib.

Kimin ölümü elan edildikdən az sonra minlərlə adam küçələrə axışaraq şəhərin mərkəzində liderə qoyulmuş heykəlin qarşısına güllər düzüblər.

“O, bizim qəlbizmidə daim yaşayacaq və biz yoldaş Kim Conq Una sədaqətlə xidmət edəcəyik,” deyə toxuculuq fabrikinin direktoru bildirir.

Vaşinqtonda yaponiyalı həmkarı ilə bir araya gələn ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreya xalqının rifahı ilə bağlı narahatlığını ifadə edib. O, yarımadada sülhün saxlanacağına ümidini ifadə edib.

ABŞ və Yaponiya Çin, Rusiya və Cənubi Koreya ilə birlikdə Şimali Koreyanı nüə proqramından çəkindirmək üçün illərdir ki, danışıqlar aparırlar.

XS
SM
MD
LG