Accessibility links

Şimali Koreyada varisin dayısı "boz kardinal" sayılır

  • Amerikanın səsi

Şimali Koreyada varisin dayısı "boz kardinal" sayılır

Şimali Koreyada varisin dayısı "boz kardinal" sayılır

Şimali Koreya dövlət televiziyasında göstərilən kadrlar varisin dayısı Canq Son-taekin diktator Kim Conq İlin ölümündən sonrda ölkədə böyük qüdrətə malik olduğunu nümayiş etdirir. Mərhum liderin oğlu Kim Conq Unu müşayiət edən hərbi generallar sırasında Son-taek ön cərgədə yer alıb.

Kimin ölümü ətrafında düzənlənən xoreoqrafiya dünyadan təcrid olunmuş Stalinist dövlətdə həqiqi hakimiyyət strukturu haqda bəzi bilgilər verir. Canqın ilk dəfə olaraq hərbi uniformada görünməsi Kim Conq Una sədaqət andı içən hərbi stukturda onun yeni mövqeyə sahib olduğuna işarədir.

Dövlət mediası Kim Con Unu 1.1 milyonluq ordunun ali komandiri adlandırmağa başlayıb. Pxenyan daxilindəki mənbə hakimiyyətin Şimali Koreyada indən belə kollektiv xarakter daşıyacağını bildirib ki, burada gənc Kimin dayısı Canq Son-taek mühüm rol oynayacaq.

Canq Son-taek Şimali Koreya kommunizminin banisi Kim İl Sunun qızı ilə 1972-ci ildə evlənərək hakim sülaləyə daxil olub.

XS
SM
MD
LG