Accessibility links

Mumbayda silsilə bomba partlayışlarında 21 nəfər ölüb, onlarla insan yaralanıb(YENİLƏNİB)


Mumbayda silsilə bomba partlayışlarında 21 nəfər ölüb, onlarla insan yaralanıb(YENİLƏNİB)
Mumbayda silsilə bomba partlayışlarında 21 nəfər ölüb, onlarla insan yaralanıb(YENİLƏNİB)

Hindistanın daxili işlər naziri Çidambaramın sözlərinə görə, rəsmilər bir-birinin ardınca baş vermiş və 21 adamın ölümülə nəticələnmiş partlayışların terrorçular tərəfindən əlaqələndirilmiş hücumlar olduğuna inanır.

Rəsmilər partlayışlar zamanı 100 nəfərin yaralandığını bildirərək, xəsarət alanların sayının bundan artıq ola biləcəyini deyib.

Polis iki partlayışın populyar Opear House və Zaveri Bazaar zərgərlik bazarında baş verdiyini bildirib. Üçüncü partlayışın isə izdihamlı Dadar məhəlləsində baş verdiyi bildirilir.

Mumbay şəhər polisinin komissarı Arup Patnaik müxbirlərə deyib ki, ilkin təhqiqat nəticəsində partlayıcı qurğunun səhnələrdən birində qurulmuş çətirdə yerləşdirildiyini deməyə əsas verir.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Rəsmiləri təhqiqat aparır.

Pakistan hökuməti dərhal hücumu qınayan bəyanatla çıxış edib.

Prezident Obama bu gün açıqladığı bəyanatda bomba hücumlarını pisləyib və Hindistan xalqına başsağlığı bildirib.

Mumbay 2008-ci ildə terror hüucmlarına səhnə olmuşdu. Pakistanda mənzillənən üsyançıların həyata keçirdiyi hücum 166 adamın ölümülə nəticələnmişdi.

XS
SM
MD
LG