Accessibility links

Mumbay partlayışları ilə bağlı dindirilən şəxs ölüb

  • Amerikanın səsi

Mumbay partlayışları ilə bağlı dindirilən şəxs ölüb

Mumbay partlayışları ilə bağlı dindirilən şəxs ölüb

Mumbayda 19 adamın ölümü ilə nəticələnən bomba partlayışları ilə əlaqədar dindirilən hindistanlı vəfat edib.

Faiz Usmani polis tərəfindən dindirilmək üçün saxlandıqdan az sonra Mumbay xəstəxanasında keçinib. Polis sözçüsü deyir ki, Usmani dərmanlarını bir neçə gün qəbul etmədikdən sonra ürək ağrısından şikayət edərkən xəstəxanaya aparılıb.

Həkim ölümə səbəbin beyinə qan sızması olduğunu bildirib. Polis sözçüsü ölümün səbəblərinin ətraflı araşdırılacağını vəd edib.

Bu arada müstəntiqlər Mumbay partlayışlarına şübhəli şəxsin təsvirini yaxın zamanlarda açıqlayacaqlarını bildiriblər.

XS
SM
MD
LG