Accessibility links

Dövlət katibi Klinton:"ABŞ və Hindistan terrorizmə qarşı mübarizədə birgə dayanır"


ABŞ Dövlət katibi Hillari Klinton Hindistanın Xarici İşlər naziri S.M.Krişna ilə. Dehli,19 iyul 2011
ABŞ Dövlət katibi Hillari Klinton Hindistanın Xarici İşlər naziri S.M.Krişna ilə. Dehli,19 iyul 2011

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar və Hindistan zorakı ekstremist qüvvələrə qarşı mübarizədə bir dayanıb və iki ölkə daxili təhlükəsizlik məsələləri üzərində daha yaxından iş aparır. Xanım Klinton bu açıqlamaları bu gün Dehlidə Hindistan rəsmiləri ilə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə aparılan danışıqların birinci günü verib. ABŞ Dövlət katibi bildirib ki, ekstremistlərin qarşısını almağın vacibliyi keçən həftə Mumbayda 19 adamın ölümü, 130-dan çox insanın yaralanması ilə nəticələnmiş bomba hücumlarından sonra daha aktual xarakter alıb. O, həmçinin iki ölkə arasında maliyyə sahəsində əlaqələrin artırılmasının mühümlüyünü vurğulayaraq, ABŞ-ın Hindistana silah satışlarının artırılmasına çağırıb. Xanım Klinton Birləşmiş Ştatların Hindistan və Pakistan arasında danışıqların bərpa olmasından məmnunluq hissi keçirdiyini bildirib və deyib ki, dialoq iki ölkə arasında etimadın yaradılmasında ən çox ümid verən yanaşma tərzidir.

XS
SM
MD
LG