Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Hindistandadır


ABŞ dövlət katibi Hillari Klinton Hindistandadır
ABŞ dövlət katibi Hillari Klinton Hindistandadır

ABŞ dövlət katibi Hillari Klinton Hindistanı Asiyada nüfuzunu artırmağa çağırıb. Hindistanın Şennai şəhərində danışan xanım Klinton ABŞ-Hindistan iqtisadi əməkdaşlığının vacibliyini vurğulayıb. İkigünlük Hinditan səfəri çərçivəsində dövlət katibi Amerikanın o ölkədəki şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib. Dünən Hillari Klinton və onun hindistanlı həmkarı S.M. Krişna Pakistanı ərazilərindəki terror şəbəkələrinin məhvi sahəsində daha artıq iş görməyə çağırıb. ABŞ dövlət katibi deyib ki, Amerika ilə Hinditsan terrorizmlə birgə mübarizə aparır və Pakistan onların yaxın müttəfiqidir.

XS
SM
MD
LG