Accessibility links

BMT baş katibi beynəlxalq ictimaiyyətə müraciət edib

Dekabrın 10-u dünyada İnsan Hüquqları Günüdür.

Beyməlxalq İnsan Hüquqları Günü münasibəti ilə BMT baş katibi Ban Gi Mun dünya ictimaiyyətinə müraciət edib.

Müraciətdə deyilir:

“İnsan Hüquqları Günü Baş Assambleya tərəfindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünü qeyd edir. Bu ilki gün həmçinin İnsan Hüquqları üzrə Beynəlxalq Konfransı qüvvəyə minən Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı kimi hər kəs üçün hüquqların gerçəkləşməsi istiqamətində aparılmış mübarizənin 20 illiyini qeyd edir.

800-dən artıq qeyri-hökumət təşkilatının, milli qurumların, saziş tərəfləri və elmi-tədqiqat mərkəzlərinin iştirakından bəhrələnən üzv-dövlətlər gələcəyə uzunmüddətli baxış qəbul edərək İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) təsis edib və bununla da beynəlxalq ictimaiyyətin çoxdankı arzularından birini reallığa çevirib.

BMT İHAK-ın mövcud olduğu iki onillik ərzində beş əzmkar Ali Komissar insan hüquqlarının qlobal səviyyədə təmin edilməsi işində BMT fəaliyyətinin önündə durub. Hüquq normaları və mexanizmlərinin geniş şəbəkəsi vasitəsilə BMT İHAK qurbanların hüquqlarını müdafiə edir, Dövlətləri öz öhdəliklərinə əməl etməyə sövq edir, insan hüquqları mütəxəssislərini və təşkilatlarını dəstəkləyir və 61 ölkədə fəaliyyəti ilə Dövlətlərə insan hüquqları üzrə potensialın inkişafında yardım göstərir.

İnsan hüquqlarının təşviqi BMT-nin təməl məqsədlərindən biridir və Təşkilat təsis olunduğu gündən bu missiyasını davam etdirib. Bu gün uğurun əsas şərti üzv dövlətlərin siyasi iradəsinin olmasıdır. Hər şeydən əvvəl insan hüquqlarının müdafiəsi və milli səviyyədə zorakılığın qarşısının alınmasında, eləcə də digər dövlətlər bu vəzifələri yerinə yetirməyə qadir olmadıqda onları müdafiə etməyə dövlət öhdəlik daşıyır. Bu heç də hər zaman asan olmur. Biz ötən 20 il ərzində genosid, beynəlxalq insan hüquqları və humanitar hüquq sahəsində digər bu kimi dəhşətli və böyük miqyaslı zorakılıqlar gördük.

Qarşıdan gələn fəlakətlərin qarşısının alınması və onlara cavab verilməsi üçün BMT sisteminin təkmilləşdirilməsi yeni bir təşəbbüsün – ilk növbədə Hüquqlar Naminə Fəaliyyət Planının kökündə durur. Planın məqsədi BMT sistemi və bütün heyət tərəfindən insan hüquqlarının təşkilatın kollektiv öhdəliklərində mərkəzi yer tutduğunun tanınmasını təmin etməkdir. O hər şeydən əvvəl geniş yayılmış pozuntulara bizim cavabımızı möhkəmləndirməyə, eləcə də hüquqlara əsaslanan erkən xəbərdarlıq və fəaliyyətin vurğulanması vasitəsilə bu cür halların ümumiyyətlə baş verməsinin qarşısını almağa çalışır.

İnsan Hüquqları Günündə mən dövlətləri Vyana Konfransında verdiyi vədləri həyata keçirməyə çağırıram. Mən BMT Katibliyi, fond və proqramlarını insan hüquqlarının pozulmasında sayıq olmağa və mübarizə göstərməyə öhdəlik götürdüklərini xatırladıram.

Son olaraq, vəfatı ilə dünyanı qəhərləndirən dövrümüzün dahi insan hüquqları simvolu kimi tanınan Nelson Mandelanı yad edirəm. Həyatı boyu insan layaqəti, bərabərlik, ədalət və şərəfi naminə etdiyi mübarizəsi bizim hər kəs üçün insan hüquqlarının təminatı fəaliyyətimizdə ilham mənbəyimiz olacaqdır”, baş katib qeyd edir.
XS
SM
MD
LG