Accessibility links

İntiqam Əliyev: Mən insan haqlarını müdafiə edən “cinayətkarlardanam” [Video]


Hüquq müdafiəçisinə qarşı təqsirləndirilən şəxs qismində ittiham elan edilib

Bu gün yerli vaxtla saat 14 radələrində İntiqam Əliyevin rəhbərlik etdiyi “Hüquq Maarifçiliyi” Cəmiyyətinin ofisində axtarış başlayıb. Axtarışda İntiqam Əliyevin özü, vəkilləri, və prokurorluğun əməkdaşları iştirak edib.

İntiqam Əliyev hüquq mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında öfisinə gətirilərkən Amerikanın Səsinin suallarına cavab verib.

O deyib ki, ölkədə insan haqlarını müdafiə edən şəxsləri, seçkiləri saxtalaşdıranları ifşa edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o cinayətkarlardan biriyəm. Mənə təqsirləndirilən şəxs kimi ittiham elan olunub,” Əliyev qeyd edib.

O jurnalistlərə müraciət edərək “o biri məhbusları hüquqlarının müdafiəsi ilə məşğul olun!” deyə bildirib.

Hazırda axtarış davam edir.

Avqustun 8-də səhər saatlarında “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib, onun evində axtarış aparılır.

Xatırladaq ki, bir neçə gün idi prokurorluq, vergi və ədliyyə əməkdaşları “Hüquq Maarifçiliyi” Cəmiyyətində yoxlama aparırdı. Məhkəmə cəmiyyətin bank hesabına həbs qoyub.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Qeyri-rəsmi mənbələrə görə, artıq 12 QHT və 13 fiziki şəxsin bank hesabına həbs qoyulub. Üç tanınmış hüquq müdafiəçisi həbs edilib.

XS
SM
MD
LG