Accessibility links

Tanınmış hüquq müdafiəçisinin evində isə axtarış aparılır

“Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilir, səhər saatlarından onun evində axtarış aparılır. Bu barədə Amerikanın Səsinə İntiqam Əliyevin qızı Nərmin Əliyeva bildirib.

Xatırladaq ki, bir neçə gün öncədən prokurorluq, vergi və ədliyyə əməkdaşları “Hüquq Maarifçiliyi” Cəmiyyətində yoxlama aparırdı. Məhkəmə cəmiyyətin bank hesabına həbs qoyub.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Qeyri-rəsmi mənbələrə görə, artıq 12 QHT və 13 fiziki şəxsin bank hesabına həbs qoyulub. 3 tanınmış hüquq müdafiə fəalı həbs edilib.

XS
SM
MD
LG