Accessibility links

Sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib.

Hüquq müdafiəçinin ailəsində Amerikanın Səsinə bildiriblər ki, məhkəmədə hüquq müdafiəçinin də özü iştirak edib.

Avqustun 8-də Nəsimi Rayon Məhkəməsi “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

İntiqam Əliyevin həbsini siyasi sifariş sayır. O Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

XS
SM
MD
LG