Accessibility links

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilib

İran Azərbaycan vətəndaşları Xalidə Xalidi və Şamxal Hüseynovu azad edib.

Onlar Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, yaxın günlərdə X.Xalid və
Ş.Hüseynov Azərbaycana vətənə qayıdacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə həbs edilmişdi.
XS
SM
MD
LG