Accessibility links

İsa Qəmbər: "Maydanda Makkeynlə Azərbaycan barədə söhbətləşdik" [Audio-müsahibə]


İsa Qəmbər Ukraynada

İsa Qəmbər Ukraynada

Müsavat Partiyası başqanı Ukrayna səfəri barədə Amerikanın Səsinə müsahibə verib

Dekabrın 15-də Ukrayna paytaxtı Kiyev şəhərinə bir günlük səfər edən Müsavat Partiyası başqanı İsa Qəmbər yüz minlərlə nümayişçi qarşısında çıxış edərək onlara partiyası adından dəstək bildirib. Səfəri barədə Amerikanın Səsinə geniş müsahibə verən cənab Qəmbər Ukrayna xalqının möhtəşəm hərəkat nümunəsi ortaya qoyduğunu deyib. "Çox önəmli bir gün oldu. Azərbaycan demokratik ictimaiyyətinin, Müsavat Partiyasının mövqeyini Ukrayna xalqına, Ukrayna ictimaiyyətinə çatdırdım. Bu gün dünyanın gözü Ukraynada olduğu üçün bizim mövqeyimiz, mesajlarımız təkcə Ukraynada yox, daha geniş miqyasda əks-səda verdi və məncə bu proses davam edəcək", deyə Müsavat Partiyası başqanı bildirib.


Səfər zamanı nümayişçilər qarşısında çıxış edən İsa Qəmbər ukraynalılara Azərbaycan xalqının da avro-inteqrasiya, demokratiya tərəfdarlı olduğunu bildirib. Çıxışın çox yaxşı qarşılandığını vurğulayan cənab Qəmbər daha sonra meydanda ABŞ-ın nüfuzlu senatoru Con Makkeynlə söhbətləşdiyini deyib. "Cənab Makkeyn çıxışı edəndən sonra yaxınlaşdı və onunla söhbətimiz oldu. Əvvəlki görüşləmizi xatırlatdım və sonra buraya Ukrayna xalqına dəstək verməyə gəlmiyimizi bildirdim. Cənab Makkeynə Kiyev gəlib Ukrayna xalqına dəstək verdiyi üçün təşəkkürümü bildirdim, önəmli hesab etdiyimi dedim və eyni anda bildirdim ki, belə bir dəstəyi Azərnaycan üçün də görəcəyik" - deyə İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bildirib.

Rəsmi və ya qeyri-rəsmi yüzlərlə insanla görüş keçirdiyini deyən Müsavat başqanı bu günü Azərbaycan demokratik ictimaiyyətinin maraqları baxımından önəmli gün kimi qiymətləndirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG