Accessibility links

Italiya lideri Liviya missiyasını sual altına alır


Italiya lideri Liviya missiyasını sual altına alır

Italiya lideri Liviya missiyasını sual altına alır

İtaliya baş naziri NATO-nun Liviyadakı müdaxiləsinə dair ciddi şübhələrini izhar edərək mühafizəkar hökumətinin missiyadakı rolunu azaldacağını elan edib.

Qərbi təmsil edən siyasi xadimlər arasında missiyanın uğuruna şübhə ifadə edən baş nazir müttəfiqi Şimal Liqası tərəfindən Liviyadan çıxmağa dair təzyiqlərlə üzləşir.

Silvio Berluskoni Liviyadakı müharibəyə qatılmaq təklifinin və bu yönümdə təzyiqlərin Avropadan qaynaqlandığını söyləyib. O, yalnız məcburiyyət qarşısında bu missiyaya qoşulduğunu bildirib. Cənab Berluskoni həmçinin baş verənləri BMT qətnaməsi, İtaliya prezidenti və parlamentinin müvafiq qərarları ilə əlaqələndirib.

Müdafiə naziri İqnazio La Russa Qaribaldi təyyarədaşıyan gəmisinin daha kiçik gəmi ilə əvəzlənəcəyini deyərək 1000-ə yaxın personelin missiyadan azad olunacağını deyib.

XS
SM
MD
LG