Accessibility links

Türkiyə Qəzzafi ilə bağlı mövqeyini dəyişib


Türkiyə Qəzzafi ilə bağlı mövqeyini dəyişib

Türkiyə Qəzzafi ilə bağlı mövqeyini dəyişib

İndiyə qədər Müəmmər Qəzzafini dəstəkləyən Türkiyə hökuməti öz mövqeyini dəyişib və Liviya müxalifətinin tərəfində olduğunu bəyan edib. “Amerikanın səsi”nin müxbiri Dorian Consun İstanbuldan verdiyi xəbərə görə, Liviya müxalifəti bu gün Ankarada görüş keçirir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, onun ölkəsi Liviyanın Bengazidə yerləşən müxalifət Milli Keçid Şurasına qeyd-şərtsiz dəstək verib.

İndiyə qədər Türkiyə Qəzzafini dəstəkləyirdi. Rəsmi Ankara Qəzzafinin Liviya münaqişəsinin həllində mühüm rol oynacağını iddia edən tək-tük ölkələrdən idi.

Türk diplomatı Səlim Yenel deyib ki, bu qərarı vermək üçün çox götür-qoy edilib.“Biz məsələyə çox ehtiyatla yanaşmışıq. Təndiqlərə baxmayaraq, çalışırdıq ki, hər iki tərəflə dialoqu saxlayaq. Amma sonda gördük ki, Qəzzaafi ilə danışıqlar faydasızdır. Başa düşdük ki, Bənqazidəki adamlar daha məsuliyyətli davranırlar. Nəhayət ki, reallığı qəbul etdik və xalqın təmsilçilərinin Benqazidə lduğunu gördük”.

Ankaranın dəstəyi sözlə məhdudlaşmır. Türkiyə Liviya müxalifətinə verdiyi 100 milyonluq maddi dəstəyinə, 200 milyon dollar əlavə edib.

Karnegi İnstitutunun alimi Sinan Ulgen deyir ki, artıq Liviya məsələsində Türkiyənin mövqeyinin onun Qərb müttəqfiqləri ilə üst-üstə düşməsi Türkiyənin daha effektiv rol oynamasına yardım edəcək. “Bir müsəlman ölkəsi və NATO-nun üzvü kimi Türkiyənin rolu mühümdür. Liviya müxalifətinə maddi dəstək verməklə kifayətlənməyən Türkiyə Liviya xalqının müqəddəratının müəyyən edilməsində də yaxından iştirak etmək istəyir”.

Türkiyə rəsmiləri və Liviya müxalifəti arasındakı Ankara danışıqlarında Liviya müxalifətinin Türkiyədə ofisinin də açılması nəzərdə tutulur. Görüşdən daha bir gözlənti iyulun 15-16-da İstanbulda Liviya üzrə Beynəlxalq Əlaqə qrupunun toplantısının keçirilməsidir.

Türkiyəli müxbir Səlim Yenelin bildirdiyinə görə, bu qrup Qəzzafidən sonrakı Liviya ilə əlaqələri hədəf götürəcək. Onun dediyinə görə, yeni Liviyada Türkiyənin özünün iqtisadi maraqları var. “Bizi Qəzzafidən sonra nə baş verəcəyi düşündürür. İqtisadi baxımdan önəm kəsb edən ticarət məsələsi sonrakı məsələdir. Bu, əsas narahatlıq olmasa da, narahatlıqdır.Çünki Türkiyənin Liviyda çalışan 25 min işçisi var. Onların vətənlərinə qayıdacağını düşünürük”.

Müşahidəçilər deyir ki, Türkiyənin Qəzzafi ilə əlaqələrini kəsməklə bağlı könülsüzlüyü bu ölkənin Liviya hökuməti ilə iqtisadi əlaqələri ilə bağlı idi. Amma artıq Türkiyə hökuməti Liviya müxalifətini dəstəkləməyə başlayıb və BMT-nin sanksiya tətbiq etdiyi Liviya –Türkiyə A&T bankına nəzarəti ələ keçirib.

XS
SM
MD
LG