Accessibility links

ABŞ Konqresi nəhəng bombalar üçün pul ayırdı

  • Amerikanın səsi

ABŞ Konqresi nəhəng bombalar üçün pul ayırdı

ABŞ Konqresi nəhəng bombalar üçün pul ayırdı

ABŞ qanunverciləri Pentaqonun yerin dərin qatlarındakı düşmən bunkerlərini dağıtmaq üçün nəhəng bombalar istehsal etmək barədə müraciətini təsdiq edib. “Bunker-buster”, yəni bunker dağıdan bombaların istehsalına 81 milyon dollar xərclənəcək.

Konqres bu təklfə İranın yeraltı Fordou obyektində uran zənginləşdirməyə başlamasından sonra razılıq verib. Həmin obyekt Qum şəhəri yaxınlığındakı dağın altında yerləşir. Pentaqon rəsmiləri bu məsələnin "təcili" mahiyyət daşıdığını bildiriblər və ilkin sınaqlarda üzə çıxan çatışmazlıqların tezliklə aradan qaldırılacağını bildiriblər.

Bəzi müşahidəçilər inanırlar ki, bu bombalar vasitəsilə İranın nüvə obyektlərinə hücum etmək olar, amma rəsmilər bombanı bu məqsədlə əlaqələndirməyiblər.

Silahın rəsmi adı Kütləvi Sursat Dağıdıcısı adlanır və çəkisi 13 metrik tondur. Bu bomba o qədər ağırdır ki, onu yalnız ABŞ-ın ən qabaqcıl bombardmançı təyyarəsi daşıya bilər. Bomba 60 metr dərinlikdə betonu və ya qayanı dəldikdən sonra partlayır. Wall Street Journal qəzetinin yazdığına görə 81 milyon dollar bu bombanın dərinlik imkanlarını artırmağa xidmət edəcək.

XS
SM
MD
LG