Accessibility links

MTN-də Leyla Yunusla bağlı istintaq hərəkətləri aparılıb


Leyla Yunus həbs ediərkən

Leyla Yunus həbs ediərkən

Oktyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) vəkil Elçin Qəmbərovun iştirakı ilə Leyla Yunusla bağlı istintaq hərəkətləri keçirilib. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, Leyla Yunus bu həftənin sonunadək 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacaq. O, oktyabrın19-da MTN-nin istintaq təcridxanasına köçürülüb. “Leyla Yunusun səhhəti yaxşı deyil, onun ciddi müalicəyə ehtiyacı var. Bu səbəbdən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir”-deyə vəkil qeyd edib.

Vəkilin dediyinə görə, Leyla Yunus MTN təcridxanasında saxlanan həyat yoldaşı Arif Yunusla görüşünə şərait yaradılmayıb.

Leyla Yunus barəsində iyulun 30-da üç aylıq həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir.

Onun həyat yoldaşı, tarixçi alim Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələr ilə təqsirləndirilir. Onun barəsində avqustun 5-də həbs qətimkan tədbiri seçilib.

Leyla və Arif Yunus ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir. Onlar Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

Show comments

XS
SM
MD
LG