Accessibility links

Liviyada lüstrasiya prosesi başlanıb

  • Amerikanın səsi

Liviyada lüstrasiya prosesi başlanıb

Liviyada lüstrasiya prosesi başlanıb

Liviyada inqilabın beşiyi sayılan Benqazi şəhərində bir qrup nümayişçi hakim Milli Keçid Şurasının binasını zəbt ediblər. Onlar aparılan islahatların ləng tempindən şikayət edirlər.

Şahidlərin dediyinə görə qumbaralardan istifadə edərək binaya daxil olan adamların arasında diktator Müəmmər Qəzzafiyə qarşı döyüşlərdə yaralanmış inqilab veteranları da var.

İnsident yeni seçki qanununun açıqlanmasından bir gün əvvələ təsadüf edir.

Bu ayın əvvəlində dərc edilən qanun layihəsi Liviya hökuməti Qəzzafinin hakimiyyəti dönəmində yüksək vəzifə tutmuş və bu hakimiyyətdən maliyyə baxımdan bəhrələnmiş adamların seçkidə iştirakını qadağan edir.

Qanun həmçinin liviyalılara işgəncə vermiş, ictimai vəsaitləri mənimsəmiş şəxslərə, İnqilab Qvardiyasının bütün keçmiş üzvlərinə və Qəzzafi ilə sülh bağlamış müxalifət döyüşçülərinə səsvermədə iştirakı qadağan edir.

XS
SM
MD
LG