Accessibility links

Liviyanın strateji neft limanı uğrunda ağır döyüşlər davam edir


Liviyanın strateji neft limanı uğrunda ağır döyüşlər davam edir
Liviyanın strateji neft limanı uğrunda ağır döyüşlər davam edir

Liviyanın şərqi liman şəhəri Breqada hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər intensivləşib.

Müxalifət qüvvələri bildirirlər ki, üzərində üsyançı bayraqları olan yük maşınlarında gizlənmiş hökumət döyüşçüləri mövqelərə minamyotdan atəş açaraq səkkiz üsyançını öldürmüş, onlarla adamı yaralamışlar.

Lakin üsyançıların sözçüsü bildirir ki, Breqadan əldə olunan radiokomunikasiya göstərir ki, hökumət qüvvələrinin ərzağı və sursatları çatışmır.

Müxalifət komandirləri Breqa və orada yerləşən neft mədənlərinin tezliklə ələ keçiriləcəyi haqda xəbərləri təkzib edərək Qəzzafiyə məxsus qüvvələrin orada külli miqdarda mina basdırmasını əsas gətiriblər.

XS
SM
MD
LG