Accessibility links

Dunya Miyatoviç daha iki blogerin həbsindən narahatlığını ifadə edib


Dunya Miyatoviç

Dunya Miyatoviç

O, Azərbaycan hökumətini media nümayəndələrini susdurmaq praktikasına son qoymağa çağırıb

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç daha iki bloger barədə uzunmüddətli həbs hökmü çıxarılmasından ciddi narahatlığını ifadə edib

“Söz azadlığı ilə Azərbaycanda həbs edilən şəxslərin siyahısı çox sürətlə inkişaf edir. Azad səsləri boğmaq media azadlığı, ifadə azadlığına dair ATƏT qarşısında götürülmüş öhdəliklərin kobudcasına pozulmasıdır", Miyatoviç bildirib.

Bəyanatda həmçinin deyilir ki, sosial şəbəkələrdə hökuməti tənqid edən fəal blogerlərdən Əbdül Əbilov mayın 27-də 5 il 6 ay, Ömər Məmmədov isə iyunun 4-də 5 il azadlıqdan məhrum edilib. Onların hər ikisinə qarşı narkotiklə bağlı ittiham verilib.

Miyatoviç bildirib ki, Azərbaycan media və ifadə azadlığı haqqında ATƏT-in öhdəliklərini ciddi pozur və bu tənqidi xəbərçiliyə ziddir.

“Baş verənlər Azərbaycanda medianın durumuna mənfi təsir göstərməklə yanaşı, həm də özünüsenzuranın güclənməsinə gətirib çıxarır. Fikri sərbəst ifadə etmək, media azadlığı bütün dövrlərdə təmin olunmalıdır. Mən bir daha Azərbaycan hökumətini media nümayəndələrini susdurmaq praktikasına son qoymağa çağırıram", Miyatoviç vurğulayıb.

Miyatoviç ölkədə media azadlığının durumunun yaxşılaşdırılması üçün hakimiyyətə yardıma hazır olduğunu bildirib.

Onu da vurğulayıb ki, yaxın zamanlarda hakimiyyətin dəvəti ilə Azərbaycana edəcəyi səfəri səbirsizliklə gözləyir.

XS
SM
MD
LG