Accessibility links

Xədicə İsmayılın məhkəməsinin vaxtı dəyişdirilib


Xədicə İsmayıl

Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası iyulun 22-dən 24-nə keçirilib.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesin vaxtının dəyişdirilməsinin səbəbini işlərin çox olması ilə izah edir.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, ictimaiyyət jurnalist Xədicə İsmayılın məhkəməsinin 22 iyul - Milli Mətbuat Gününə təsadüf etməsini ironiya ilə qarşılayıb.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

2015-ci ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirir.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG