Accessibility links

Dövlət ittihamçısı ReAL Hərəkatının sədri İlqar Məmmədova 8 il, Tofiq Yaqubluya isə 7 il həbs cəzası istəyib [Video]


Şəki məhkəməsinin qarşısı

Şəki məhkəməsinin qarşısı

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifarişli hesab edirlər

Fevralın 24-də Şəki ağır Cinayətlər Məhkəməsində bu ilin 23-24 yanvarında İsmayıllı hadisələri ilə bağlı ittiham olunan Tofiq Yaqublu (Müsavat Partiyası başqanının müavini), İlqar Məmmədov (ReAL Hərəkatının sədri) və digərlərinə dövlət ittihamçısı cəza istəyib.

Məhkəmə iştiralçılarının Amerikanın Səsinə verdiyi məlumata görə dövlət ittihamçısı Fuad Musayev İlqar Məmmədova 8, Tofiq Yaqubluya isə 7 il iş verilməsini istəyib.

Digər Təqsirləndirilən 16 nəfərə isə 4 ildən 9 ilədək həbs cəzası istəyib. Dövlət ittahmçısının bu çıxışı təqsirləndirilən şəxsləri hiddətləndirib.

Məlumata görə günün ikinci yarısında proses davam edəcək.

2013-cü il yanvarın 23-də “Çıraq” otelinin sərxoş işçiləri yerli sakinin avtomobilinə ziyan vurublar, sonra bütün İsmayıllı camaatını təhqir ediblər. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar oteli dağıdaraq yandırıblar. İğtişaşlar yanvarın 24-də daxili qoşunların gəlişindən sonra yatırılıb. 18 nəfər həbs olunub.

İlqar Məmmədov, Tofiq Yaqublu və digər 16 müttəhim 220.1 (kütləvi iğtişaşların təşkili və iştirak), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddələri ilə təqsirli bilinirlər.

İsmayıllı hadisələri üzrə məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb.

Müttəhimlər özlərini günahkar hesab etmirlər.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifarişli hesab edirlər.

Amnesty International İ.Məmmədov və T.Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG