Accessibility links

Mehman Əliyev: Beynəlxalq media Azərbaycandakı reallıqları əks etdirir (AUDİO)

  • Əsgər Möhsümoğlu

TURAN Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev Amerikanın Səsinə müsahibədə Ziyalılar Forumunun 14 mayda keçirdiyi dəyirmi masa ilə bağlı məlumat verib. Tədbirin beynəlxalq mediada Azərbaycandakı korrupsiya əməllərinin ifşasına həsr olunduğunu qeyd edən cənab Əliyev Qərb mətbuatının Azərbaycanda baş verən qanun pozuntularına diqqət yetirməsini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə uzun müddət Azərbaycanın müstəqil mediası ölkədə baş verən qanunsuzluqlar haqda məlumat yaymağa çalışıb, amma beynəlxalq media əsasən Azərbaycanda enerji hasilatına yer ayırıb. Bu baxımdan son aylarda xarici mətbuatın ölkədəki insan haqlarının və azad medianın durumuna diqqət verməsi Azərbaycanda jurnalist və müxalif fikirli insanların üzləşdikləri sınaqların dolğun əks etdirilməsinə kömək edir, deyə Mehman Əliyev bildirib. Müsahibənin audiosunu dinləyin:

XS
SM
MD
LG