Accessibility links

Məhkəmə Əvəz Zeynallı barədə həbs qərarını qüvvədə saxlayıb


Məhkəmə Əvəz Zeynallı barədə həbs qərarını qüvvədə saxlayıb

Məhkəmə Əvəz Zeynallı barədə həbs qərarını qüvvədə saxlayıb

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. O, Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olunur.

Noyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il qərarından verilib.

Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı və onun ətrafında olan şəxslərin telefon danışıqlarının dinlənilməsi haqqında qərar qüvvədə saxlanıb: “Apelyasiya baxışında Nəsimi Rayon Məhkəməsinin qərarının bizə təqdim olunmasını tələb etdik. Lakin, bundan imtina olundu və aşağı məhkəmənin qərarı qüvvədə saxlandı”.
Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham olunur.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

XS
SM
MD
LG