Accessibility links

Rusiya Miqrantlar Federasiyasının vitse-prezidentinə qəsd olub (Video)


Mais Qurbanov
Mais Qurbanov

Noyabrın 12-də Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti, milliyyətcə azərbaycanlı Mais Qurbanov yaşadığı evin giriş qapısında odlu silahdan açılan atəşlə qolundan yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Qurbanov çoxlu qan itirib və hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Rusiya mediasının yaydığı videodan aydın olur ki, Mais Qurbanov binanın giriş qapısını açarkən ona arxadan atəş açılıb, atəş açan qadındır. Cinayətkarlar hadisə yerindən qaçıb.

Rusiya Miqrantlar Federasiyasının vitse-prezidentinə qarşı törədilən qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğu güman edilir.

Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumdərin sözlərinə görə, ictimai fəaliyyətinə görə Qurbanov dəfələrlə təhdidlərə məruz qalıb.

Mais Qurbanov Rusiya millətçilərinin miqrantlara qarşı keçirilən “Rus marşı” aksiyasına qarşı olan ”Miqrantlar marşı”nın fəallarındandır.

Polis qəsdlə bağlı araşdırma aparır.
XS
SM
MD
LG