Accessibility links

Mitt Romni çərşənbə axşamı beş ştatda keçirilən praymerizdə asanlıqla qələbə qazanmaqla namizədlik şanslarını xeyli gücləndirib. Qələbə nitqində özünə rəqib kimi Barak Obamanı hədəf alan Romni amerikalıları "bir az da səbrli" olmağa çağırıb. “Daha yaxşı Amerika bu gecə başlayır,” deyə namizəd bəyan edib.

Sabiq Massaçusets qubernatoru Konnektikut, Rod Aylənd, Delavar, Nyu York və Pennsilvaniya ştatlarında böyük səs fərqi ilə qələbə qazanıb. Bu nailiyyətlər Rik Santorumun yarışı tərk etməsindən sonraya təsadüf edir.

Romni nitqi ilk praymeriz qələbəsini qazandığı Nyu Hempşir ştatında söyləyib. Bu ştat payızda Ağ Ev uğrunda yarışda strateji mahiyyət daşıyan on ştatdan biri sayılır.

Diqqəti ümumi seçkilərə yönəltməyə can atan Romni prezident Obamanı “saxta vədlər verməkdə və zəif lider" olmaqda günahlandırıb. “Getdiyim hər yanda amerikalılar yorulmaqdan yorulublar, işi olan bəxtəvərlər isə əvvəllə müqayisədə eyni maaş üçün daha çox işləyirlər,” deyə Romni bildirib.

XS
SM
MD
LG