Accessibility links

Miyanalı Əlirza: Milli Hökumət üçün ana dili əsas məsələ idi [Audio]


Miyanalı Əlirza

Miyanalı Əlirza

“Milli Hökumət üçün türk dilinin məktəblərdə oxudulması əsas idi. Pişəvəri demişdi, hər şeyimizdən keçsək də ana dilimizdən keçmərik,” deyə Miyanalı Əlirza Amerikanın Səsi ilə müsahibədə 1945-1946-cı illərdə Seyyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökumətinin ana dilinə verdiyi önəmi təsvir edir.


“21 Azər” araşdırmaçısı və Azərbaycan Milli Hökuməti dövrünü anladan Silahla Ölçülən Torpaq kitabının müəllifi Amerikanın Səsi ilə söhbətdə milli hökümət və onun öndəri Seyyid Cəfər Pişəvərinin ana dili siyasəti və məktəblərdə ana dilinin oxudulmasının önəmini açıqlamaqla yanaşı güneyin müxtəlif siyasi cərəyanlar və təşkilatlarını bir araya gətirmək istiqmətində türk dilinin potensial rolunu dəyərləndirib. O, həmçinin Milli Hökumət dövründə türk dili yerinə Azərbaycan dili ifadəsinin işlədilməsinin səbəblərini izah edib.

Miyanalı Əlirzanın sözlərinə görə, milli hökumətin öndəri ana dilini Azərbaycan hərəkatının səngəri olaraq görüb və hər şeydən keçsə də ana dilindən keçməyəcəyini dilə gətirərmiş: “Pişəvəri deyirdi, bizim nehzətimiz (hərəkatımız) hər cür güzəşt etsə də, dil məsələsində güzəştə keçmərik.”

Doğrudur milli hökumət dövründə türk dilinin Azərbaycan dili adlandırılması bir nöqsan idi. Ancaq, bu məsələ o dönəmin şərtlərinə baxaraq analiz edilməlidir. O dövrdə Qızıl Ordunun nəşr etdiyi Vətən Yolu qəzeti və onun nümayəndələri Sovetin düşüncələrini təbliğ edirdi. Stalinin təzyiqləri var idi. Pişəvəri isə bunu problem etmək istəmirdi.
“Ana dilində təhsilin qadağan edilməsi, kültür təkamülünün qadağan edilməsidir,” deyə Pişəvərinin sözlərinə diqqət çəkən araşdırmaçı yazarın fikrincə, milli hökümət ana dilinin məktəblərdə birinci sinifdən etibarən tədris edilməsini əsas sayırdı.

“Məşrutə Hərəkatı və Xiyabani dönəmində ana dili məsələsinə diqqət göstərilməmişdi. Amma Milli Hökumət uşaqların birinci sinifdən türk dilində təhsil almasının zəruri olduğunu vurğulayaraq hərəkət etdi... Çünki məktəb açılmasa universitet təhsili də boşa gedər. Ana dilinin oxudulması əsas birinci sinifdən başladılmalıdır,” deyə güneyli yazar qeyd edib.

Miyanalı Əlirza həmçinin Milli Hökumət dönəmində türk dili yerinə Azərbaycan dili ifadəsinin işlənməsini milli hökümətin mənfi cəhəti kimi gündəmə gətirilməsi ilə bağlı öz düşüncələrini bəyan edib. Onun sözlərinə görə, Milli Hökumət o zamanların siyasi atmosferində Azərbaycan dili terminini işlətməyə məcbur olub.

“Doğrudur milli hökumət dövründə türk dilinin Azərbaycan dili adlandırılması bir nöqsan idi. Ancaq, bu məsələ o dönəmin şərtlərinə baxaraq analiz edilməlidir. O dövrdə Qızıl Ordunun nəşr etdiyi Vətən Yolu qəzeti və onun nümayəndələri Sovetin düşüncələrini təbliğ edirdi. Stalinin təzyiqləri var idi. Pişəvəri isə bunu problem etmək istəmirdi,” deyə o söyləyib.
Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu


Miyanalı habelə milli hökumətin ana dilinin önəmini sonrakı nəsillərə çatdırması ilə bağlı danışıb. O, o dövrdən təsirlənən Rza Bərahəni və Qulam Hüseyn Saidi kimi məşhur yazarların dil hüquqları ilə bağlı apardıqları fəaliyyətləri nümunə gətirib.

Biz Azərbaycandan danışırsaq, Azərbaycanın əsas səngəri və bayrağı elə bu ana dilimizdir. Fərqli düşüncələrə sahib olsaq da, muxtəlif siyasi cərəyanlara bağlı olsaq da, hamımız üçün ana dili əsas məsələdir.
Yazarın fikrincə, bu gün güneyli fəalların hər zaman vurğuladığı birlik məsələsində də ana dili faktorunun əsas rolu ola bilər: “Biz Azərbaycandan danışırsaq, Azərbaycanın əsas səngəri və bayrağı elə bu ana dilimizdir. Fərqli düşüncələrə sahib olsaq da, muxtəlif siyasi cərəyanlara bağlı olsaq da, hamımız üçün ana dili əsas məsələdir.”

Kanadanın Vankuver şəhərində mühacirətdə yaşayan güneyli şair və yazar Miyanalı Əlirza Yaratmaq Yaşamaqdır adlı türkcə şeir toplusu və milli hökumət dövrünün hadisələrinə həsr edilmiş iki cildlik Silahla Ölçülən Torpaq əsərlərinin müəllifidir. O, habelə güneydə türkcə kitablar nəşr etmiş Sahir Nəşriyyatının təsisçisi olub və 1998-2000 illərində iki-aylıq 21 Azər dərgisini Azərbaycan Respublikasında nəşr edib.
XS
SM
MD
LG