Accessibility links

Müdafiə Nazirliyi mediadan dövlət sirlərinin qorunmasına daha həssaslıqla yanaşılmasını istəyib


Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan facebook.com sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət yayıb.

Amerikanın Səsinin Nazirliyin rəsmi saytına istnadən verdiyi müraciətdə deyilib ki, son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı KİV-lərdə müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir.

Bu xəbərlərin əksəriyyəti hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar olmaqla hərbi hissələrin dislokasiya yerləri, komandanlıq və xidmət üzrə yerdəyişmələr barədə informasiyaları əhatə edir.

Bundan əlavə, 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan facebook.com sosial şəbəkəsində "General-Polkovnik Zakir Həsənov" adlı səhifə yaradılıb.

Təəssüflər olsun ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və KİV nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.

Bunun nəticəsində isə əksər hallarda düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə Silahlı Qüvvələr haqqında məlumatları (komandanlıq, şəxsi heyət, hərbi hissələrin yerləri və s.) heç bir çətinlik çəkmədən toplamaq imkanı əldə edir.

Müdafiə Nazirliyi KİV-ə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır, bu məsələlərə milli təhlükəsizlik mənafelərinin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etmələrini xahiş edir”, - deyə müraciətdə qeyd olunub.
XS
SM
MD
LG