Accessibility links

Müəmmər Qəzzafi dəfn edildi


Müəmmər Qəzzafi dəfn edildi
Müəmmər Qəzzafi dəfn edildi

Liviya rəsmiləri deyir ki, hakimiyyət devrilmiş mərhum lider Müəmmər Qəzzafi səhrada gizli bir yerdə dəfn edilib. Bununla da onun dəfni barədə olan mübahisələrə son qoyulub.

Rəsmilər bildirib ki, onun öldürülmüş oğlu Mütəssim və sabiq müdafiə naziri Əbu Bəkr Yunis dini mərasimdən sonra torpağa tapşırılıblar.

Qəzzafinin cəsədi keçən həftənin cümə günündən bəri Misrata şəhərində kommersiya soyuducusunda ictimai nümayişə qoyulmuşdu. Çoxsaylı insan cəsədə baxmaq üçün növbəyə dayanıb. Dünən axşam jurnalistlər bu binanı 3 avtomobilin tərk etdiyini görüb. Daha sonra isə jurnalistlər içəri daxil olaraq soyuducunun boş olduğunu görüb.

Bu gün səhər Milli Keçid Şurasının başçısı Mustafa Abdel Cəlil deyib ki, o, müvəqqəti hökumətin yaradılmasına dair danışıqların 2 həftə ərzində tamamlanacağına ümid edir.

XS
SM
MD
LG