Accessibility links

Müəmmər Qəzzafinin dəfni təxirə salınıb

  • Amerikanın səsi

Liviyalılar sabiq diktatorun ölümünü bayram edirlər.

Liviyalılar sabiq diktatorun ölümünü bayram edirlər.

Liviyanın müvəqqəti hökumət rəsmiləri sabiq lider Müəmmər Qəzzafinin dəfn olunması planlarını təxirə salıblar.

Rəsmilər ilk öncə Qəzzafinin cümə günü gizli yerdə dəfn olunacağını bildirmişdilər. Lakin dəfn yerinin tapılması ilə bağlı qeyri-müəyyənlik və Beynəlxalq Cinayət Məhkəməsinin təhqiqatı ilə əlaqədar olaraq dəfn planları təxirə salınıb.

Bu arada BMT insan haqları qrupu Qəzzafinin öldürülməsi ilə əlaqədar təhqiqat aparılmasına çağırıb. Sözçü Rupert Koulvill sabiq Liviya liderinin ölümü ilə bağlı bəzi məqamların qaranlıq qaldığını söyləyib.

Hazırda Qəzzafinin cəsədi Misratada ticarət mərkəzində soyuducuda saxlanılır. Associated Press-in müxbiri Qəzzafinin başının sol nahiyəsində və sinəsində güllə yarası gördüyünü deyib.

Qəzzafi Milli Keçid Şurasına sadiq döyüşçülər tərəfindən drenaj borusunda aşkar edilmişdi. Qəzzafinin daxil olduğu hərbi karvan Sirti tərk etməyə çalışarkən NATO təyyarələri qruplaşmanı vurub. NATO konvoy vurulan zaman Qəzzafinin orada olduğunu bilmədiyini deyir, lakin hesab edir ki, hava zərbəsi Qəzzafinin yaxalanmasına yardımçı olub.

XS
SM
MD
LG