Accessibility links

Konqresmen Ellison:"Amerikada hələ də islam haqda düzgün təsəvvür yoxdur"

  • Amerikanın səsi

Konqresmen Ellison:"Amerikada hələ də islam haqda düzgün təsəvvür yoxdur"

Konqresmen Ellison:"Amerikada hələ də islam haqda düzgün təsəvvür yoxdur"

Rəsy sorğuları göstərir ki, amerikalıların 60 faizi islam haqda düzgün təsəvvürə malik deyil

Kith Ellison 2007-ci ildə ABŞ Konresinə seçilən ilk müsəlman qanunvericidir. O vaxtdan o artıq iki dəfə yenidən Konqresə seçilib. Minnesota ştatını təmsil edən konqresmen deyir ki, ABŞ-da islamı hələ də yaxşı tanımırlar.

Konqresdə ilk müsəlman qanunverici kimi ona münasibətin necə olduğu çoxlarını maraqlandırdır. Bu yaxınlarda Vaşinqtonda Xəbərlər muzeyində “Amerikada müsəlmanlar” mözusunda müzakirələr zamanı Elison bu suala cavab verib. “Sizi əmin etmək istəyirəm ki, mənə münasibət çox yaxşıdır. Həmkarlarım mənə hörmətlə yanaşır”-deyə o bildirib.

Konqresmen Ellison deyir ki, islamı düzgün başa düşmürlər. Lakin o, Amerikada islam mövzusunun yeni mövzu olmadığını deyir. İslam dini Amerikada 14 nəsildir mövcuddur.

Rəy sorğularına əsasən, amerikalıların 60 faizi islam dinini yaxşı başa düşmür. Konqresmen Ellison islam dinini daha yaxşı anlamaq üçün Amerikanın müsəlman icmasının özünü tanıtmaq üçün daha artıq iş görməli olduğunu deyir.

“Əgər film çəkmək istəyirsinizsə çəkin. Mahnı oxumaq istəyirsinizsə oxuyun. Dram əsəri yazmaq istəyirsinizsə yazın. Vəzifəyə seçilmək istəyirsinizsə kampaniyaya başlayın, amma elə bir iş görün ki, bu dünya daha yaxşı bir yer olsun. O vaxt hansı dinə mənsub olduğumuz haqda firkiləşməyəcəyik, çünki biz bəşəriyyətə xidmət etmək naminə bir olacayıq.”

Konqresmenin fikirləri Pakistan mənşəli dramaturq və teatrun direktoru Vacahat Əlinin fikirləri ilə üst-üstə düşür. O, Kaliforniya ştatında San-Fransisko yaxınlığında boya-başa çatıb. Onun “Yerli Xaçpərəstlər” əsəri xüsusi diqqət cəlb etmişdir.

Vacahat Əli deyir ki, bu gün Amerikada müsəlmanlar tarixi hadisələri müasir obrazlarla yenidən yaşayır. O, yəhudilər, qaradərililər, yapon və italyan mənşəli amerikalıların keçdiyi yola nəzər salır.

Nyu-Yorkda müsəlman fəal və mühazirəçi Hüseyn Rəşid müsəlman liderlərin meydana gəlməməsinə təəssüf edir. Onun fikrincə, müsəlmanlar özləri haqda məluamatları yaxşı çatdıra bilmir. O həm də təəssüf edir ki, müsəlmanlar yaşadıqları mühitə uyğunlaşmağa çalışır, çünki müsəlman kimi görünmək istəmirlər. Hüseyn Rəşid deyir ki, əslində fərqli görünmək pis deyil, özü də müsəlmanlarla Amerikada başqa dinə mənsub insanlar arasında bir çox oxşarlıqlar var. O əlavə edir ki, istər müsəlman, istər qeyri-müsəlman olsun, hamı amerikalıdır və hamı bərbərliyi təşviq etməli və müxtəlifliyə hörmət etməlidir.

Müzakirələrin daha bir iştirakçısı Hollivudda film yaradıcılığı sahəsində çalışan kino-rejissor Lena Xan idi. “Cənnət adlanan yer” adlı kino-filmində o, Amerikada müsəlmanların adi amerikalılarldan fərqlənmədiyini göstərir. Lakin o qeyd edir ki, hər 31 dəqiqə bir insanın ölümünə səbəb olan spirtli içki içməmək, xəyanətə yol verməmək və müsəlman qadınlarının hicab geyməsi müsəlmanların öz seçimidir.

Bu, Vaşinqtondakı Xəbərlər muzeyində Amerikada müsəlmanlara həsr olunmuş ilk müzakirə idi. Ramazan ayının başlaması ərəfəsində keçirilən tədbirdə konqresmen Ellison dünya müsəlmanlarına Ramazan təbriklərini çatdırdı.

XS
SM
MD
LG