Accessibility links

Naxçıvanda irimiqyaslı hərbi təlimlər başlayıb


Naxçıvanda irimiqyaslı hərbi təlimlər başlayıb
Naxçıvanda irimiqyaslı hərbi təlimlər başlayıb

Həftənin sonunadək davam edəcək təlimlərdə quru və Hava Hücumundan Müdafiə qoşunları iştirak edir.

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvan hərbi birləşməsinin növbəti irimiqyaslı təlimi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlər nazir Səfər Əbiyevin komandanlığı ilə keçirilir. Həftənin sonunadək davam edəcək təlimlərdə quru və Hava Hücumundan Müdafiə qoşunları iştirak edir.

Xatırladaq ki, Naxçlıvan Muxtar Respublikası Ermənistan və İranla həmsərhəddir. Ötən, həftə İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri bu ölkəinin Naxçıvana yaxın ərazisində Şərqi Azərbaycanda geniş miqyaslı hərbi təlimlər keçirib. Azərbatycan Ermənistanla isə 1991-ci ildən silahlı qarşıdurma vəziyyətindədir. Naxçıvanın Kərki kəndi 1991-ci ildən Ermənistan Silahl Qüvvələrinin nəzarətindədir.

XS
SM
MD
LG