Accessibility links

Əl-Cəzirə telekanalı İlham Əliyev ilə müsahibəni yayıb

  • Bulut Mehmandarli

Əl-Cəzirə telekanalı İlham Əliyev ilə müsahibəni yayıb

Əl-Cəzirə telekanalı İlham Əliyev ilə müsahibəni yayıb

Əl-Cəzirə (Al Jazeera) telekanalının həftəlik “Frost” proqramında cümə günü Vaşinqton vaxdı ilə günortadan sonra 4:00 radelerində Azərbaycanın prezidenti İlham Əliyevlə ingilis dilində keçirilən müsahibə yayımlanıb.

Demokratik islahatlar, insan hüquqları və müxalifətin vəziyyəti barədə verilən sualın cavabında Azərbaycan prezidenti, ölkəsinin əsrlər boyu mövcud olmuş demokratik təsisatlara malik olmadığını, islahatların keçirilməsinin vaxt apardığını və Azərbaycanda müxalifətin çox zəif olmasının müxalifətin öz günahı olduğunu deyib.O, Azərbaycanda əhalinin hökumətin yeritdiyi siyasətlərdən razı olduğunu deyib.

Ölkənin neft və qaz sərvətləri barədə suallara da cavab verən ölkə başcısı, Azərbaycanın çox böyük qaz yataxlarına malik olduğunu deməklə yanaşı indilik qaz ixracatının regional səviyyədə həyata keçdiyini bildirib.

XS
SM
MD
LG