Accessibility links

N!DA-çılar həbslə hədələnir


 Turqut Qəmbər
Turqut Qəmbər

Turqut Qəmbərə xəbərdarlıq ediblər ki, cəriməni ödəməyəcəyi halda ona qarşı cinayət işi açılacaq

NİDA vətəndaş hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər bu gün Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinə çağırılıb.

Ondan yanvarın 12 və 26-da Bakıda keçirilən etiraz aksiyalarında iştiraka görə məhkəmələrin müəyyən etdiyi 3000 manat cəriməni ödəməsi tələb edilib.
Bu aksiyalar əsgər ölümlərinə etiraz və İsmayıllı sakinləri ilə həmrəylik əlaməti olaraq keçirilib.

Qəmbərə xəbərdarlıq ediblər ki, cəriməni ödəməyəcəyi halda ona qarşı cinayət işi açılacaq.

Turqut Qəmbər Müsavat Partiyasının lideri İsa Qəmbərin oğludur. O və bir qrup gənc fəal prinsipial olaraq məhkəmələrin təyin etdiyi bu böyük cərimələri ödəməkdən imtina edirlər.

12 yanvar aksiyası ilə əlaqədar 22 nəfər ümumilikdə 10 500 manat, 26 yanvar aksiyasına görə isə 20 nəfər 14 700 manat cərimə olunub.

Cəriməni ödəməyənləri CM-in azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 306.1-ci maddəsi ilə 3 ilədək həbs gözləyə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG