Accessibility links

ABŞ səfirinin N!DA-çı gənclər və siyasi fəallar barədə bəyanatı


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

“Biz il ərzində keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik”

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın N!DA-çı gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Mətbuatın məlumatına əsasən dünən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılmışdır. Biz adıçəkilən şəxslərin və bu il ərzində keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik.

Biz hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırırıq. Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparmağı davam etdirəcəyik”, bəyanatda qeyd edilir.

Xatırladaq ki, bu ilin yazında əsgər ölümləri və İsmayıllı hadisələri ilə bağlı keçirilən etiraz aksiyalarından sonra müxtəlif ittihamlarla 10 gənc fəal həbsdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG