Accessibility links

Breyvik məhkəməyə qədər 8 ay həbsxanada qalacaq


Breyvik məhkəməyə qədər 8 ay həbsxanada qalacaq
Breyvik məhkəməyə qədər 8 ay həbsxanada qalacaq

Oslo şəhər məhkəməsi Norveçdə kütləvi qətl hadisəsi törətmiş Anders Behrinq Breyvikin məhkəməyə qədər səkkiz hıəftə həbsdə qalması haqda qərar çıxarıb. Hakim Ann Marqet Lund qərarı 32 yaşlı sağçı ekstremistin iştirak etdiyi bağlı qapılar arxasında 3 saat sürən dinləmələrdən sonra elan edib. Prokurorlar 77 adamın həyatına son qoymuş qətliamı törətdiyini boynuna almış Beryvikə qarşı rəsmi ittihamların hazırlaması üçün daha 8 həftə vaxt lazımdır. Məhkəmə əvvəlcə dinləmələrin ictimaiyyət üçün açıq keçəcəyi haqda qərar çıxarmış, lakin apellyasiya məhkəməsi qərarı dəyişdirmişdir. Qərara görə Breyvik noyabrın 14-ə qədər yeni dinləmələrə kimi həbsdə qalacaq. Bunun dörd həftəsini Beryvik tək adamlıq kamerada keçirəcək.

XS
SM
MD
LG