Accessibility links

İranlı vəkil Nəsrin Sutudənin 11 il həbs cəzasına məhkum edildiyi deyilir

  • Amerikanın səsi

İranlı vəkil Nəsrin Sutudənin 11 il həbs cəzasına məhkum edildiyi deyilir

İranlı vəkil Nəsrin Sutudənin 11 il həbs cəzasına məhkum edildiyi deyilir

İnsan hüquqları fəallarını təmsil edən vəkil ölkənin təhlükəsizliyinə hədə və liderlərin əleyhinə təbliğatda ittiham olunub

İranın tanınmış insan haqları müdafiəçisi Nəsrin Sutudenin həyat yoldaş onun təhlükəsizliyə hədə və hökumətə qarşı təbliğat ittihamı ilə 11 il həbs cəzasına məhkum edildiyini deyib.

Keçən ilin sentyabr ayında həbs edilən Nəsrin Sutude artıq 3 aydan çoxdur ki, Tehran həbsxanasında təkadamlıq kamerada saxlanır. Onun 2009-cu il prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə qarşı keçirilən etiraz nümayişlərinin təşkilində ittiham edilən fəalları təmsil edilən ilk vəkillərdən biri olduğu deyilir. Onun həyat yoldaşı Rza Xəndan bu gün bildirib ki, Nəsrin Sutudənin vəkilləri onun 20 il müddətində vəkil kimi fəaliyyətinə qadağa qoyulduğunu deyiblər.

XS
SM
MD
LG