Accessibility links

Prezident Obama: Amerika həmişə kredit reytinqi yüksək ölkə olub və belə də qalacaq


Prezident Obama: Amerika həmişə kredit reytinqi yüksək ölkə olub və belə də qalacaq
Prezident Obama: Amerika həmişə kredit reytinqi yüksək ölkə olub və belə də qalacaq

ABŞ prezidenti Barak Obama deyib ki, keçən həftə Amerikanın kredit reytinqinin endirilməsi büdcə məsələsini yenə də aktuallaşdırır. Bu gün Ağ Evdə iqtisadiyyata dair açıqlama verən cənab Obama deyib ki, o, qanunvericilərin büdcə defisitinin daha da azaldılması ilə bağlı razılığın təxirə salmadan əldə edə biləcəyinə ümid bəsləyir. Cənab Obama zəngin amerikalılara daha artıq vergi ödəməklə bağlı çağırışını təkrar edib. O həmçinin hökumətin gəlirləri və xərcləri arasında uçurumun aradan qaldırılması məqsədilə baha hökumətə baha başa gələn səhiyyə proqramlarına düzəlişlər etməyə çağırıb. ABŞ prezidenti deyib ki, o, Standard & Poor’s reytinq şirkətinin Birləşmiş Ştatların kredit reytinqini endirməsi qərarı ilə razı deyil. Prezident Obama əlavə edib ki, dünya bazarlarında Amerikanın ən yüksək reytinqinə malik olduğuna inanır. Bununla belə prezident Obama əlavə edib ki, reytinqin endirilməsi ABŞ siyasətçilərinin uzun müddətə defisitin azaldılması üçün ciddi qərarlar vermək qabiliyyəti ilə bağlı narahatlığa əsas olduğunu əks etdirir.

XS
SM
MD
LG