Accessibility links

ABŞ prezidenti Barak Obama NATO-nun bütün 28 üzvünün Ukraynanın suverenliyi və özünü müdafiə etmək hüququna birgə dəstək verdiyini bildirib.

Prezident Obama bu bəyanatı NATO-nun Uelsdə üzv ölkələrin şərqi Avropada təhlükələrə çevik cavab verilməsinə dair plan haqda razılığa gəldiyi sammitinin sonunda verib. “Bizim alyans Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövıüyü və özünü müdafiə hüququna birgə dəstək verir”-deyə prezident Obama bildirib.

Cənab Obama NATO-nun Ukrayna prezidenti Petro Poroşenkonun münaqişənin sülh yolu ilə həllinə dair təəhhüdünə dəstək verdiyini bildirib. Prezident Obama Rusiyanı Ukraynanın ərazi bütövlüyünə qarşı yönəliş təcavüzü dayandırmağa çağırıb.

Bundan öncə cümə günü NATO-nun Baş katibi Anders Fogh Rasmussen NATO üzvlərinin gələcəkdə Rusiyanın potensial aqressiv addımlarından müdafiə məqsədilə şərqi Avropaya hərbi avadanlıq göndərilməsi haqda razılıq əldə etdiyini bildirib. O həmçinin üzv ölkələrin böhranlı vəziyyətlərdə alyansın çevik qüvvələrinin yaradılması haqda razlığa gəldiyini deyib.

XS
SM
MD
LG