Accessibility links

BMT Baş katibi: Peru razılaşması 2015-ci ildə konstruktiv saziş üçün zəmin yaradır


BMT-nin Baş katibi ban Ki Mun baza günü Peruda iqlim dəyişikliyinə dair əldə edilən razılaşmanın gələn il universal və konstruktiv saziş üçün zəmin yaratdığını deyib.

BMT Baş katibi Peru konfransının nəticələrini alqışlayıb, lakin eyni zamanda dünya ölkələrini iqlim dəyişikliyinə dair 2015-ci ildə Parisdə keçirlicək növbəti tədbirə qədər əsaslı danışıqlar aparmağa çağırıb.

Cənab Ban deyib ki, Paris görüşünə qədər dünyanın iqtisadi cəhətdən in çox inkişaf etmiş ölkələri çirkli tullantıların havaya atılmasına nəzarətlə bağlı çox ciddi təəhhüdlərini təqdim etməlidir.

Lima razılaşması ondan əvvəlki layihə inkişaf etməkdə olan ölkələr tərəfindən rədd edildikdən bir neçə saat sonra qəbul edilib. İnkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələri qlobal istiləşmə ilə mübarizədə öz məsuliyyətləri və bunun nəticələrinə görə cavabdehliyi azaltmağa çalışmaqda günahlandırıb.

Yekun sənəddə bu narahatlıqları nəzərə alıb ölkələrin qlobal istiləşmənin qarşısını almaq üçün ümumi, lakin fərqli məsuliyyətləri olduğu kimi dəyişiklik edilib.

Lakin ətraf mühiti müdafiə edən qruplar Peru razılaşmasının mətninin zəif olduğunu bildirib.

XS
SM
MD
LG