Accessibility links

Suriyada 24 adam həlak olub


Suriyada 24 adam həlak olub
Suriyada 24 adam həlak olub

Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qaz və güllələrdən istifadə edib. Nəticədə 24 adamın həlak olduğu bildirilir. Qərb xəbər agentlikləri şahidlərə istinadən cənub Dəra şəhərində təhlükəsizlik qüvvələrinin insanları atəşə tutması nəticəsində iki adam öldürülüb. Prezident Bəşar əl-Əsədə qarşı qüvvələr bugünkü günü “qəzəb günü” adlandıraraq, cümə namazından sonra ümummilli nümayişlərə çağırıb. Müsəlman Qardaşları ilk dəfə olaraq etiraz aksiyalarına qoşularaq insanları “tirana boyun əyməməyə” səsləyib. BMT İnsan Haqları Şurasında ABŞ-ın Suriyada insan hüquqlarının vəziyyətinin araşdırılması üçün müstəqil komissiyanın təşkilinə dair qətnaməsi müzakirəyə çıxarılıb.

XS
SM
MD
LG