Accessibility links

ABŞ 3 Suriya rəsmisinə qarşı sanksiyalar tətbiq edib


ABŞ 3 Suriya rəsmisinə qarşı sanksiyalar tətbiq edib
ABŞ 3 Suriya rəsmisinə qarşı sanksiyalar tətbiq edib

ABŞ 3 Suriya rəsmisi,Suriyanın kəşfiyyat agentliyi və Suriyada hökumət əleyhinə nümayişlərdəki roluna görə İranın islam İnqilabı Qvardiyasına qarşı sanksiyalar tətbiq edir. Sanksiyalar ABŞ prezidenti tərəfindən rəsmən təsdiq edilib. Sanksiyalara əsasən onların Amerikadakı hesabları dondurulacaq və amerikalıların onlarla biznes əlaqəsi yasaqlanacaq.

Saksiyalar simvolik mahiyyət daşısa da, ABŞ Suriya prezidenti Bəşar Əl-Əsədin nümayişçilərə qarşı təzyiqlərinin əleyhinə olduğu üçün bu ölçüyə əl atır. Saksiyaya məruz qalan Suriya rəsmilərinə prezidentin qardaşı, Suriya ordusunun 4-cü diviziyasının briqada komandiri Mahir Əl-Əsəd, qohumu, Dəraanın Siyasi Təhlükəsizlik idarəsinin sabiq rəhbəri Atif Nəcib və Suriyanın Kəşfiyyat agentliyinin direktoru Əli Mamluk daxildir.

XS
SM
MD
LG