Accessibility links

Ərəstun Oruclu müxalifət namizədini dəstəkləyəcək


Ərəstun Oruclu
Ərəstun Oruclu

O, prezidentliyə namizəd kimi qeydə alınması üçün tələb olunan 40 min imzanı toplaya bilməyib

Prezidentliyə namizədliyi təsdiq olunmuş Ərəstun Oruclu tələb olunan 40 min seçici imzasını toplaya bilməyib.Bu barədə O, Facebook səhifəsində bildirib.

“Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik.

Bununla yanası ünvanımıza yazılan, deyilən ittihamlarlar, böhtanlar da bitdi. Amma bu gün bu haqda yazıb şaiyə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm! ”, o yazıb.

Öz növbəsində Oruclu Amerikanın Səsinə bildirib, o, seçkilərdə müxalif mövqedə olan şəxsi dəstəkləyəcək.

Amma Oruclu dəstəkləyəcəyi müxalif namizədin adını açıqlamayıb.

“O şəxsi dəstəkləyəcəm ki, seçkilərin nəticələrinə münasibəti obyektiv və adekvat olacaq”, Ə.Oruclu əlavə edib.

Onun fikrincə sağlam təbliğat mühiti olsa təbii ki, müxalif namizədlərin seçilmə şansı daha böyükdür. Amma obyektiv şərait var.

“Bu gün bütün resurslar hakimiyyətin əlindədir və möcüzə gözləmək də əbəsdir. Seçkilərin saxtalaşdırılması ənənələri var. Bu baxımdan seçkilərin formal rəsmi nəticələrinin nə olacağını indi də demək mümkündür”, o qeyd edib.

Prezidentliyə namizədlərin imzatoplama kampaniyası bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.

Sentyabrın 16-da prezidentliyə qeydə alınmış namizədlərin təbliğat kampaniyası başlayacaq.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG