Accessibility links

Putin güclü dövlətləri Suriyaya dair təmkin göstərməyə çağırıb


Russia US Putin

Russia US Putin

ABŞ prezidenti Barak Obama kimyəvi silah hücumları iddiaları hərbi yolla cavab verilməsini nəzərdən keçirdiyi bir vaxt Rusiya prezidenti Vladimir Putin dünyanın güclü dövlətlərini Suriyaya dair narahatlıqla bağlı təmkin nümayiş etdirməyə çağırıb.

Cənab Putin deyib ki, Suriyaya hər hansı xarici hərbi müdaxilə "tamamilə mənasız" olacaq, çünki Suriya hökumət qüvvələri üsyançılara qarşı güclənməkdə davam edirlər.

O, həmçinin Birləşmiş Ştatları Dəməşqdə işlərini başa vurub bu gün Suriyanı tərk edən BMT-nin kimyəvi silah ekspertlərindən ibarət heyətinin hesabatını təqdim etməyə imkan verməyə çağırıb.

BMT müfəttişləri zəhərli qaz hücumlarının həyata keçirildiyi Dəməşq yaxınlığındakı ərazilərdən nümunələr toplayıb. Qrup hesabatı BMT baş katibi Ban Ki Muna təqdim etməlidir.
XS
SM
MD
LG