Accessibility links

Qlobal iqtisadiyyat: İlin yekunları

  • Amerikanın səsi

Qlobal iqtisadiyyat: İlin yekunları

Qlobal iqtisadiyyat: İlin yekunları

2011-ci il başa çatmaq üzrədir. İlin sonu dünyanın ən böyük iqtisadiyyatı olan Amerikada müsbət işarələr müşahidə edilməkdədir.

2011-ci il Amerika üçün yüsək işsizlik, Avropanın borc böhranı, ABŞ Konqresinin heç bir iş görə bilməməsi ilə yadda qalacaq. Brukinqs institutundan iqtisadçı Gorc Perri müsbət inkişalardan danışır.“İxrac sektorunda güclü artım müşahidə edilib. Digər sahə biznes inşaatıdır ki, burada yüksəliş qeydə alınıb” .

Son iki il ərzində işsizlik ən aşağı səviyyəsinə enib. İstehlakçı xərcləri artmaqdadır. Lakin dünyada ən sürətli iqtisadi artıma malik olan Çində yavaşıma nəzərə çarpır. Avropada borc böhranı hələ də həllini tapmayıb. “Bizim Avropaya ixracatımız böyükdür. Əgər Avropa daha bir tənəzzüllə üzləşsə, ixrac gəlirləri sona çatacaq. Bu isə Amerikada işlərin itirilməsinə və tənəzzülə yol açacaq” .

İnflyasiya və istehsal tənəzzülü Çinin mallarına tələbatı azaldıb. Gorc Perri deyir ki, bu, Çinin iqtisadiyyatının hədsiz isinməsınin qarşısının alması siyasətinin bir hissəsidir.

Qlobal qeyri-müəyyənlikdən danışan Dünya Bankının prezienti Robert Zolik Avropa və digər nəhəng ticarət partnyorlarını cavabdehliklə hərəkət edilməsinə çağırıb.

“Avropanı Avropa xilas etməlidir. Bu, olduqca mühümdür. Amerika və Çin nə edə bilər? Onların görə biləcəyi iş ölkədaxili tədbirlərdir. Onlar ölkələrində artımı təmin etməli və bazarlarda etibar qazanmalıdır” .

Zolikin dediyinə görə, o, Çini xarici asılılıqdan qurtarmaq üçün islahatlar aparmağa çağırıb. Lakin Dünya Bankının prezidenti eyni zamnada ABŞ qanunvericilərinin 15 trillion borcu olan Amerikanın borclarının ödənməsini yubatmamasının vacibliyini vurğulayıb.

Qlobal iqtisadiyyatın sabitliyinin təmin edilməsi sahəsində ciddi ölçülər götürülməsə, Avropa, ABŞ və Çini 2012-ci ildə “şiddətli firtına” bürüyə bilər.

XS
SM
MD
LG